Türkiyədən Rusiya - Ukrayna müharibəsi ilə bağlı daha bir BƏYANAT - “Nə lazımsa edəcəyik”

“Türkiyə olaraq mövcud vəziyyətin qarşısını almaq üçün diplomatik səviyyədə əlimizdən gələni etdik. BMT sistemində islahatlarla bağlı çağırışlarımıza məhəl qoyulmadı və bunun ağır nəticələrini son böhranda gördük. Əgər çağırışlarımıza məhəl qoyulsaydı bu müharibənin qarşısını almaq olardı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Rusiyanın Ukraynaya hücumu ilə bağlı sosial media hesabındakı paylaşımında qeyd edib.

Bölgədə yeni bir müharibəyə şahid olduqlarını ifadə edən Altun "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan hər iki ölkə ilə güclü əlaqələrimiz olduğu üçün dəfələrlə Rusiya və Ukrayna arasında vasitəçilik etməyi təklif edib. Həmçinin müttəfiqlərə ortaq mövqe nümayiş etdirməyə çağırıb”, - deyə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Hər bir irqçi yeni terror aktlarını özü ilə gətirir” - Fəxrəddin Altun


Altun dəfələrlə diplomatik həll üçün çağırış etdiklərini lakin müharibənin hazırda bir reallıq kimi qarşılarında dayandığını xatırladıb.

Həmçinin bir sıra regional və qlobal məsələlərdə birlik olmamasının eynilə Rusiya və Ukrayna böhranında olduğu kimi böyük problem olduğunu vurğulayıb:

"Bu münaqişə bizi iki faciə ilə üz-üzə qoyur. Birincisi, münaqişənin humanitar tərəfidir. Türkiyə bu məsələdə nə lazımdırsa edəcək. Digər regional qarşıdurmalarda olduğu kimi indi bu sahədə ilk təşəbbüskarlardan olacağıq. İkincisi isə reallığa qarşı amansız hücumlardır. Biz bu vəziyyətin də fərqindəyik. Dezinformasiya və yanlış məlumatlandırma kampaniyalarının qarşısını almaq üçün çalışırıq. İnformasiya müharibəsində mənbəyindən asılı olmayaraq həqiqətin yanında olacağıq. Türkiyənin siyasəti ilə bağlı çoxlu spekulyasiyalar və şərhlər edilir”.

Altun əlavə edib ki, Türkiyənin diplomatik addımları və müttəfiqləri ilə koordinasiyası hər zaman münaqişənin tez və sülh yolu ilə həll edilməsinə yönəlib:

“Buna heç kimin şübhəsi olmasın. Türkiyə diplomatiyanın konstruktiv, yaradıcı gücünə inanır və hər böhranda bütün diplomatik variantlardan maksimum istifadə etməyə çalışmaqdadır. Bu son münaqişə həm uğursuz, həm də lazımsızdır. Biz bu müharibənin indiki və uzunmüddətli nəticələrinin qarşısını almağa çalışacağıq", -deyə o, bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

End of content

No more pages to load

RADİO