Ermənistanın paytaxtı İrəvanda keçirilən bugünkü etiraz aksiyalarında çoxlu sayda saxlanılan var.
Bizim.Media “RİA Novostiyə”yə xəbər verir ki, hökumət binası yaxınlığında keçirilən aksiyada iştirak edən 77 nəfər polis bölməsinə aparılıb.
"Bu gün 77 nəfər polis bölməsinə aparılıb. Bu ümumi rəqəmdir, lakin bir çoxu artıq sərbəst buraxılıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, İrəvanda müxalifət mitinqləri keçirilir. Etirazçılar Baş nazir Nikol Paşinyanın Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən istefasını tələb edirlər.
Bizim.Media