Ermənistanda hökumətin istefasını tələb edən müxalifətçilərə qarşı kütləvi həbslər başlayıb.
Bizim.Media xəbər verir ki, İrəvandakı Respublika meydanında təşkil edilən mitinqlərdə polislər Baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirən vətəndaşları naməlum istiqamətdə aparıblar.
Onların arasında Ermənistanın "qəhrəmanlarından" sayılan Şaqen Mehranyanın oğlu Zinavor Mehranyan da olub.
Həmçinin, general Yuri Xaçaturovun oğlu İqor Xaçaturovu da saxlayıblar.
Bizim.Media