Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.
Bizim.Media-nın məlumatına görə, hüzr yerindən qayıdan iki orta yaşlı kişi yolda naməlum şəxslər tərəfindən güllələnib.
Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media