Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya Ukraynanın şərqində - Donbassda xüsusi hərbi əməliyyata başlayıb.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə nazirliyi hücumla bağlı məlumat yayıb.
Bildirilib ki, Ukraynaya məxsus 74 yerüstü hərbi obyekt, 11 aerodrom, 3 komanda məntəqəsi, 1 dəniz baza stansiyası, 18 radar stansiyası, 1 hərbi təyyarə və 4 "Bayraktar" PUA-sı zərərsizləşdirilib.
Xatırladaq ki, daha əvvəl Ukrayna tərəfi hərbi əməliyyatlar nəticəsində 40-dan çox hərbçilərinin vəfat etdiyini, mülki vətəndaşlar arasında 10-a yaxın yaralı olduğunu açıqlayıb.
Bizim.Media