Xəbər verdiyimiz kimi, fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynaya genişmiqyaslı hücuma keçib.
Bizim.Media xəbər verir ki, indiyə olan rəsmi açıqlamaya əsasən, 40 ukrayna hərbçisi vəfat edib, 10-a yaxın yaralı var.
Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciət edərək ehtiyatda olan hərbçiləri vətəni müdafiə etməyə çağırıb.
Prezidentin müraciəti cavabsız qalmayıb. Hazırda paytaxt Kiyevdəki hərbi komissarlıqların yaxınlığında ölkəni müdafiə etməyə gələn ehtiyatda olan əsgərlər və könüllülər cərgələr şəklində düzülüblər.
Bizim.Media