Müharibəyə Rusiyadan ÖZƏL BAXIŞ: “Əməliyyatlar Ukraynada hakimiyyət dəyişən anda bitəcək”

“Hesab edirəm ki, Vladimir Putinin əsas məqsədi təkcə Donetsk və Luqanskın administrativ sərhədlərini bərpa etmək yox, bütün Ukraynanı ələ keçirmək, hakimiyyətin dəyişməsinə nail olmaqdır. Onu da qeyd edim ki, Rusiya hökuməti bunu xüsusi hərbi əməliyyat adlandırsa da bu müharibədir və müharibənin əlamətlərini görürük. Düşünürəm ki, əsas məqsəd Kiyevdəki hakimiyyəti dəyişmək, Rusiyaya loyal və Avro-Atlantik blokuna inteqrasiya etməyəcək qüvvələri hakimiyyətə gətirməkdir”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Rusiyada yaşayan jurnalist, politoloq Anar Həsənov bildirib.

Politoloqun sözlərinə görə, Rusiyanın əsas məqsədi Putinin nitqində də təcəssüm olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadakı döyüşlər III Dünya Müharibəsinə səbəb ola bilərmi? – Çin də HAZIRLAŞIR


“Vladimir Putin nitqində “denasifikasiya” mövzusuna toxunub və qeyd edib ki, Ukraynada hakimiyyətdə millətçilər, faşizmə rəğbət bəsləyənlərdir. Prezidentin nitqində bu terminologiya əbəs yerə deyil. Bu işarədir ki, münaqişənin sonu Donetsk və Luqanskın administrativ əraziləri ilə bitmir. Düşünürəm ki, bu müharibə Ukraynanın Moldova, Rumınya və Macarıstanla sərhədlərində bitəcək. Yəni, biz Ukraynada hakimiyyət dəyişikliyini müşahidə edəcəyik”.

Anar Həsənov, dünyanın Rusiyaya qarşı birləşməsindən də söz açıb: 

“Sözsüz ki, bu Rusiyaya ağır iqtisadi sanksiyalar bahasına başa gələcək. Nəinki, Avropa və Amerika, bütün dünya, Yaponiya, Kanada, Avstraliya da Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Biz Çinin hansı mövqeyi tutacağını bilmirik. Hərçənd ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa, İngiltərə və ABŞ Rusiyanı ittiham edir və qətnamə hazırlananda Rusiya buna veto qoyacaq. Lakin Çinin hansı mövqeyi tutacağı qeyri-müəyyəndir. Biz bilmirik ki, 3-cü dövlətlər hansı mövqeyi tutacaq. Söhbət inkişaf etməkdə olan kiçik dövlətlərdən gedir”.

Politoloq, müsahibənin sonunda müharibənin əsas məqsədini bir daha diqqətə çatdırıb: 

“Hakimiyyətə rusiyapərəst birinin gətirilməsi və Ukraynanın əvvəlkitək Rusiyanın orbitinə qayıtması müharibənin əsas məqsədidir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada “WhatsApp” Uşakov-Uitkoff danışıqlarına görə bloklanıbmış

Rusiyada “WhatsApp” Uşakov-Uitkoff danışıqlarına görə bloklanıbmış

“Neftçi” bu legioneri komandada SAXLAYACAQ

“Neftçi” bu legioneri komandada SAXLAYACAQ

Azərbaycanla Ruanda arasında təhsil sahəsində saziş təsdiqləndi – FƏRMAN

Azərbaycanla Ruanda arasında təhsil sahəsində saziş təsdiqləndi – FƏRMAN

Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən AZAD EDİLDİ

Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən AZAD EDİLDİ

Samuxda ər-arvad dəm qazından boğularaq dünyasını dəyişdi

Samuxda ər-arvad dəm qazından boğularaq dünyasını dəyişdi

Rusiyada erməni əsilli MMA döyüşçüsü SAXLANILDI – FOTO

Rusiyada erməni əsilli MMA döyüşçüsü SAXLANILDI – FOTO

Yeni 3 manatın tədavülə buraxılacağı ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 3 manatın tədavülə buraxılacağı ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

Problemli dərini belə qoruyun

Problemli dərini belə qoruyun

Bu gündən Azərbaycanda ov QADAĞAN OLUNUR

Bu gündən Azərbaycanda ov QADAĞAN OLUNUR

Məmməd İbrahim barəsində HƏBS QƏRARI VERİLDİ

Məmməd İbrahim barəsində HƏBS QƏRARI VERİLDİ

Rusiyada “WhatsApp” ÇÖKDÜ

Rusiyada “WhatsApp” ÇÖKDÜ

Millimiz Lüksemburqa UDUZDU

Millimiz Lüksemburqa UDUZDU

Bakıdakı bu dəbdəbəli toy kimindir? - Yerli və xarici ulduzlar axın etdi - VİDEO

Bakıdakı bu dəbdəbəli toy kimindir? - Yerli və xarici ulduzlar axın etdi - VİDEO

276 minlik brend malları ölkəyə qanunsuz keçirmək istədi – FOTO

276 minlik brend malları ölkəyə qanunsuz keçirmək istədi – FOTO

Rusiya Dnepr şəhərinə zərbə endirdi: 4 ölü, 22 yaralı var - VİDEO

Rusiya Dnepr şəhərinə zərbə endirdi: 4 ölü, 22 yaralı var - VİDEO

Günay İbrahimli: “Bağlı geyinən qadın…”

Günay İbrahimli: “Bağlı geyinən qadın…”

“Azəriqaz”da kadr dəyişikliyi ilə bağlı QALMAQAL - 29 illik əməkdaş niyə başqa yerə GÖNDƏRİLDİ? - FOTO

“Azəriqaz”da kadr dəyişikliyi ilə bağlı QALMAQAL - 29 illik əməkdaş niyə başqa yerə GÖNDƏRİLDİ? - FOTO

TƏCİLİ: Səhiyyə naziri vəzifəsindən AZAD EDİLDİ

TƏCİLİ: Səhiyyə naziri vəzifəsindən AZAD EDİLDİ

Xızıda minik maşını yandı - FOTO

Xızıda minik maşını yandı - FOTO

40 il əvvəl Bayılda yoxa çıxan UŞAQLAR – Onları yadplanetlilər oğurlamışdı?

40 il əvvəl Bayılda yoxa çıxan UŞAQLAR – Onları yadplanetlilər oğurlamışdı?

SON DƏQİQƏ! Əli Kərimli həbs olundu

SON DƏQİQƏ! Əli Kərimli həbs olundu

Apellyasiya Məhkəməsi Tarix Əliyev barəsində qərar çıxardı

Apellyasiya Məhkəməsi Tarix Əliyev barəsində qərar çıxardı

Noyabrda havanın temperaturu normadan yuxarı olub

Noyabrda havanın temperaturu normadan yuxarı olub

“Kəpəz” bu il Gəncədə oynaya bilməyəcək – Klubdan AÇIQLAMA

“Kəpəz” bu il Gəncədə oynaya bilməyəcək – Klubdan AÇIQLAMA

End of content

No more pages to load

RADİO