Rusiya ordusu bu səhər Xarkov şəhərinə “Smerç” raketləri ilə zərbə endirib.
Bizim.Media “ukraine.segodnya.ua” saytına istinadən xəbər verir ki, bu barədə Daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz Telegram kanalında yazıb.
O, atəşin nəticələrini əks etdirən video yayıb. Görüntülərdən bəlli olub ki, ki, yaşayış binasında pəncərə çərçivələri və eyvanlar dağılıb.
“Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir” - Geraşenko əlavə edib.
Bizim.Media