İranın Təbriz və Ərdəbil şəhərlərində telekommunikasiya işçiləri ard-arda iki gün etiraz mitinqi keçiriblər.
Bizim.Media "Azad İran"a istinadın xəbər verir ki, aksiyalar Təbriz Mərkəzi Telekommunikasiya İdarəsinin qarşısında təşkil edilib.
Onlar maaşların verilməməsi, eləcə də ötən illərdəki bayram pulları və digər mükafatların indiyə qədər ödənilməməsinə etiraz ediblər.
Etirazçılar tələbləri yerinə yetirilənə qədər mitinqlərə davam edəcəklərini deyiblər.
Bizim.Media