“Milli Təhlükəsizlik” partiyasının lideri İrəvanda nəzarətə götürülüb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Ermənistanın “Milli Təhlükəsizlik” partiyasının lideri Qarnik İsaqulyan İstintaq Komitəsi tərəfindən saxlanılıb.
Səbəb kimi İsaqulyanın etiraz çıxışlarında Paşinyana qarşı təhlükənin mövcudluğu göstərilib.
Daha əvvəl “Youtube”da partiya liderinin Paşinyana qarşı zorakılığın tətbiq olunması barədə çıxışı yayımlanmışdı və İsaqulyan haqqında cinayət işinin açılması xəbəri tirajlanmışdı.
Hazırkı ittihamlar isə müxalif partiya liderinin mitinqlərdə etirazçıları kütləvi zorakılığa səslədiyi ilə əlaqədar faktlardan ibarətdir.
Bizim.Media