Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları İrəvanın mərkəzi meydanına toplaşır.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, İrəvanın müxtəlif rayonlarından qruplar şəklində gələn etirazçılar Respublika meydanında hökumət binasının qarşısına toplaşır.
Qeyd edək ki, müxalifət tərəfdarları ötən gün də Respublika meydanında etiraz aksiyası keçiriblər.
Bizim.Media