Gorusun meri Aruş Aruşanyan özünün həbsini siyasi təfəkkürlə əlaqələndirib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Gorusun meri Aruş Aruşanyan müsahibəsində bildirib ki, sakinlərin Paşinyana sualları var.
''Lakin əhalinin əsas problemi təhlükəsizliyin təminatıdır''.
''Gün ərzində Vorotan (Bazarçay-red) kəndi ətrafında 26 kilometr ərazi təhvil verilib. Qafan yolunda azərbaycanlıları görmək olar. Yəqin ki, hələ də boşaldacağımız ərazilər var, amma biz buna qarşıyıq. Bu səbəbdən də bizi həbs edirlər''.
Ermənistan hökumətini ərazilərin verilməsində qınayan Aruşanyan bildirib ki, o və Qacaranın meri Manvel Paramazyan oktyabrın 1-də Cəbrayıldakı döyüşlərdə iştirak ediblər.
Bizim.Media