“Ermənistandakı məktəblər üçüncü dil kimi Türk, gürcü və Azərbaycan dillərini tədris edə bilər”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Janna Andreasyan səsləndirib.
Onun sözlərinə görə, region ölkələrinin dillərinə xüsusi diqqət yetiriləcək.
Andreasyan hesab edir ki, “qonşularımızı tanımalı, öz ölkələrinin maraqlarını anlayan və müdafiə edən insanlar yetişdirməliyik”.
Bizim.Media