Putin ballistik raket atışları ilə strateji çəkindirmə qüvvələrinin təlimlərinə başlayıb.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birlikdə vəziyyət mərkəzindən ballistik raketlərin buraxılışını izləyir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlim zamanı nüvə başlıqlı ballistik raketlərlərin manevrləri nəzərdə tutulub.
Təlimlərdə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsinin, Strateji Raket Qoşunlarının, Şimal və Qara dəniz donanmalarının qüvvə və vasitələri iştirak edir.
Nazirlikdən bildirilib ki, hərbi komandanlıq və idarəetmə orqanlarının, buraxılış-döyüş heyətlərinin, hərbi gəmilərin və strateji raketdaşıyıcıların ekipajlarının qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırlığının, eləcə də etibarlılığının yoxlanılması məqsədilə təlimlər təşkil olunub.
Bizim.Media