Türkiyənin Konya şəhəri yaxınlığında turist avtobusu aşıb.
Bizim.Media xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 5 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilir.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
İlkin ehtimala görə qəzaya səbəb yolun buzlaması olub. Faktla bağlı araşdırma başlanıb.
Bizim.Media