Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar gecəni İrəvanın Respublika meydanında keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat erməni mediasında yayılıb.
Mənbə yazır ki, indi paytaxtda qar yağır. Etirazçılar buna baxmayaraq odun sobası yandırıblar və üstündə kartof bişiriblər.
Nümayişçilər istilənmək üçün metal çəlləklərin üstündə ocaq qalayıblar.
Babək Göyüş, Bizim.Media