Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, hakim Vətəndaş Müqaviləsi Partiyasının adının açıqlamayan nümayəndəsi “Joxovurd” qəzetinə seçkinin martın 3-də baş tutacağını bildirib.
Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.
Qeyd edək ki, Ermənistanın sabiq Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib.
Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.
Bizim.Media