İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş zamanı Tehranın ABŞ tərəfi ilə danışıqlar məsələsində mövqeyini izah edib.
Bizim.Media “axar.az”a istinadən bildirir ki, bu barədə dövlət teleradio şirkəti İRİB məlumat yayıb.
Məlumata görə, İranın "qırmızı xətləri" Hörmüz boğazı üzərində nəzarət məsələsi, təzminatların ödənilməsi, İran aktivlərinin dondurulmasının ləğvi və bütün regionda atəşkəsin təmin edilməsini əhatə edir.
Qeyd edək ki, daha əvvəl İran nümayəndə heyəti İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.
Bizim.Media