Danışıqlar başlamazdan əvvəl iki məsələ yerinə yetirilməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında yazıb.
O ABŞ ilə danışıqların başlaması üçün Livanda atəşkəsin təmin edilməsini və dondurulmuş aktivlərinin azad olunmasını şərt kimi irəli sürüb.
“Qarşılıqlı şəkildə razılaşdırılmış iki məsələ hələ də icra olunmayıb. Bunlar Livanda atəşkəs və danışıqlardan əvvəl İranın bloklanmış aktivlərinin azad edilməsidir”, - deyə Qalibaf qeyd edib.
Bizim.Media