Ermənistanın Gürcüstanla sərhədində 3,3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı Bavra kəndindən 17 km şimal-şərqdə yerləşib. Zəlzələnin episentrində gücü 4-5 bal gücündə olub.
Zəlzələ Bavra, Saragyux, Kazançi, Aşotsk, Paxaxbyur və Noramut kəndlərində 3 bal gücündə hiss olunub.
Bizim.Media