Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə münaqişədə Pasxa atəşkəsi elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Kremldən bildirilib ki, atəşkəs aprelin 11-i saat 16:00-dan 2026-cı il aprelin 12-i günün sonuna qədər davam edəcək.
Kremlin məlumatına görə, Putin Rusiya Silahlı Qüvvələrinə Pasxa atəşkəsi zamanı hərbi əməliyyatları dayandırmağı, lakin düşmənə cavab verməyə hazır olmağı tapşırıb.

Bizim.Media