Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz Boğazında 13 türk gəmisinin olduğunu bildirib.
Onun sözlərinə görə, bu gəmilərdən 2-si sabit enerji istehsal edən gəmilərdir.
“15 gəmidən 2-si çıxıb, 13-ü isə hələ də oradadır. 4 gəminin çıxış tələbi yoxdur. Onlardan 2-si isə sabit enerji istehsal edən gəmilərdir”, - deyə nazir qeyd edib.
Bizim.Media