Ermənistanın Armavir vilayətində yerləşən “Baqramyan” poliqonunda partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "shamshyan.com" saytı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, daha bir nəfər yaralanıb.
Yaralı hərbi hospitala yerləşdirilib.
Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Bizim.Media