Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmasını qeyri-real hesab etməyə davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti yazır.
"Müsbət perspektivdən, yəni (KTMT-yə - red.) qayıtmaq baxımından dəyişikliklər gözləmək qeyri-realdır", - Paşinyan bildirib.
Qeyd edək ki, bir gün əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Paşinyan KTMT-nin Qarabağda Ermənistana kömək etməməsindən təəssüflənib.
Rusiya lideri buna etiraz edərək qeyd edib ki, Yerevanın özü 2022-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
Bizim.Media