“İrandakı siyasi sistemin dəyişməsi haqqında danışmaq hətta bişmiş toyuğu belə güldürür".
Bizim.Media xəbər verir ki, bu fikirləri “Tasnim” agentliyi yazaraq ABŞ Prezidenti Donald Trampın fikirlərini məsxərəyə qoyub.
"Bəzi beynəlxalq jurnalistlərin fikrincə, yalnız Tramp kimi axmaq bir Xameneini (mərhum Ayətullah Əli Xamenei) digər Xameneinin (Ayətullah Müctəba Xamenei) əvəz etməsini sistem dəyişikliyi adlandıra bilər”.
Xatırladaq ki, Donald Tramp ötən gecə Ağ Evdən həmvətənlərinə müraciətində belə deyib:
“Növbəti iki-üç həftə ərzində İrana son dərəcə sərt zərbələr endirəcəyik. Onları Daş dövrünə qaytaracağıq. İranda rejim dəyişikliyi bizim məqsədimiz deyildi. Biz heç vaxt rejim dəyişikliyi barədə danışmadıq, amma rejim dəyişikliyi bütün liderlərinin ölümü səbəbindən baş verdi. Bu ölkə faktiki olaraq məhv edilib və artıq təhlükə yaratmır".
Bizim.Media