İran Bolqarıstana xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Belə ki, rəsmi Tehran Bolqarıstana ABŞ tərəfindən İrana qarşı mümkün hərbi əməliyyatlar üçün öz hava limanlarından istifadə edilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edib.
Məlumata görə, İranın bu mövqeyi ilə bağlı rəsmi nota ötən ay Sofiyaya təqdim olunub. Bunu Bolqarıstan xarici işlər nazirinin müavini Marin Raykov də təsdiqləyib. Onun sözlərinə görə, Tehran ABŞ hərbi təyyarələrinin Bolqarıstan hava limanlarından istifadə etməsinə etirazını bildirib.
Raykov vurğulayıb ki, Bolqarıstan münaqişəyə cəlb olunmayıb və ölkə ərazisində hərbi əməliyyatlarda iştirak edən döyüş təyyarələri yoxdur.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media