Rusiyanın Ukraynaya qarşı müharibəsi yaxın vaxtda bitməyəcək.
Bizim.Media xbər verir ki, bu barədə Bloomberg yazıb.
Mənbə qeyd edir ki, həm cəbhədə, həm də danışıqlarda ciddi irəliləyiş olmadığı üçün müharibə ən azı daha bir-iki il uzana bilər. Nəşrin Kremldə ola mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya ordusu yeni hücum kampaniyasına hazırlaşır.
Məqalədə bildirilir ki, diplomatik həllə ümidlər zəifləyib. ABŞ və Ukrayna-Rusiya arasında Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlar faktiki olaraq dayanıb. Bloomberg-in yazdığına görə, yanvar və fevralda keçirilən üçtərəfli görüşlər nəticə verməyib, martın əvvəlində Əbu-Dabidə keçirilməsi planlaşdırılan növbəti görüş isə İran ətrafında gərginliyin artması səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, danışıqlarda dönüş olmayacağı təqdirdə müharibə daha bir və ya iki il davam edə bilər. Digər mənbənin sözlərinə görə, Rusiya ordusunun irəliləyişi minimal olacaq, çünki Ukrayna müdafiəsi pilotsuz uçuş aparatları ilə qurulan “divar”a çevrilib və rus qoşunları onu yara bilmir. Bloomberg bunu döyüş meydanında yeni reallıq kimi təqdim edir.
Bu mənzərə digər materiallarla da uyğun gəlir. Son günlər Reuters və Washington Post da Rusiyanın hava hücumlarını artırdığını, lakin diplomatik prosesin dayanma nöqtəsinə gəldiyini yazıb. Bu isə Kremlin danışıqlardan çox, uzunmüddətli hərbi təzyiqə üstünlük verdiyi barədə ehtimalları gücləndirir.
Bizim.Media