İranda "Qüds" qüvvələrinin Livandakı korpusunun mühəndislik bölməsinin rəhbəri Mehdi Vəfai öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat katibi məlumat yayıb.
Qeyd olunub ki, aviazərbələr kəşfiyyat məlumatları əsasında Məhlat bölgəsində həyata keçirilib.
Həmçinin bildirilib ki, Mehdi Vəfai İranın "Hizbullah" təşkilatı və Əsəd rejimi üçün yeraltı infrastrukturun yaradılması planına rəhbərlik edib, eləcə də Livanda müasir silahların saxlanması üçün yeraltı infrastrukturun qurulması üzrə onlarla layihəni idarə edib.
Bizim.Media