İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri, general-leytenant Camşid Eshaqinin öldüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə SEPAH komandiri general-mayor Əhməd Vahidi bəyanat verib.
Məlumat Tasnim-ə istinadla İran mediasında yayılıb.
Vahidinin bəyanatında deyilir ki, general-leytenant Camşid Eshaqi və ailəsinin bir neçə üzvü “amerikan-sionist cinayətkarların terror hücumu” nəticəsində həyatını itirib.
Açıqlamada onun ölümü ilə bağlı həm təbrik, həm də başsağlığı ifadə olunub.
Hazırda bu xəbərlə bağlı əsas istinad İran tərəfinin rəsmi və yarırəsmi açıqlamalarıdır.
Açıq mənbələrdə məlumatın Qərb və ya müstəqil beynəlxalq qurumlar tərəfindən ayrıca təsdiqi hələ görünmür.
Bizim.Media