Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev rabitə operatorları və texnologiya şirkətləri ilə VPN xidmətlərindən bloklamaları aşmaq üçün istifadənin məhdudlaşdırılması ilə bağlı mümkün tədbirləri müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Forbes görüşün gedişindən xəbərdar mənbələrə istinadən məlumat yayıb.
Xüsusilə, operatorlardan mayın 1-dək mobil şəbəkələrdə ayda 15 GB-dan artıq beynəlxalq trafikin istifadəsinə görə ödəniş tətbiq etmələri istənilib.
Məlumata görə, iclas zamanı nazir VPN istifadəsinə görə inzibati məsuliyyətin tətbiqini istisna edib, lakin digər tənzimləyici tədbirlərin mümkünlüyünü qeyd edib. O, sərt sanksiyalara ehtiyac qalmadan məsələni həll etməyin mümkün olacağına ümid etdiyini bildirib.
Mənbələr həmçinin qeyd edir ki, bu müzakirələrin təşəbbüsü Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə bağlı ola bilər.
Bizim.Media