İsrail Hərbi Hava Qüvvələri İrana endirilən zərbələr zamanı Xəzər dənizi sahillərinə yaxın ərazidə yerləşən hava hücumundan müdafiə (HHM) sistemlərini hədəfə alıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, zərbəyə məruz qalan obyektlər İranın şimalında, Xəzər dənizi yaxınlığında meşəlik ərazidə yerləşirdi. Ordunun bildirdiyinə görə, hədəflər İsrail ərazisindən 1600 km məsafədə olub.
Bizim.Media