TRIPP (Zəngəzur dəhlizi - red.) ətrafında müzakirələr səngiməyib və hazırda tərəflər sənədlərin razılaşdırılması mərhələsindədir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə hansısa hökumətlərarası saziş imzalanmalı, bundan sonra isə təşkilat yaradılmalıdır.
Mirzoyan qeyd edib ki, tikintiyə ilin sonu və ya ortalarına yaxın başlamaq istəyirdilər, lakin bunun nə dərəcədə real olduğunu deyə bilmərik.
Nazir vurğulayıb ki, bu, hələlik yalnız arzu olaraq qalır.
Bizim.Media