Bu gün İraqın paytaxtı Bağdad yaxınlığında yerləşən ABŞ-nin “Camp Victory” bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.
Bizim.Media xəbər verir ki, məlumata görə, İran dəstəkli qruplar tərəfindən yayılan görüntülərdə FPV dron zərbələrinin anbaan qeydə alındığı əks olunub.
Kadrlarda dronlardan birinin AN/MPQ-64 Sentinel radar sisteminə dəydiyi görünür. Digər dron isə UH-60 Black Hawk tipli iki helikopterə doğru istiqamətlənir, lakin zərbənin nəticəsi barədə məlumat verilməyib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media