Türkiyənin Aydın vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində qaçaqmalçılıqla məşğul olan bir nəfər saxlanılıb.
Biizm.Media GDH-a istinadla xəbər verir ki, həmin şəxsin üzərində tapılan əşyalardan biri də dəri üzərində əl ilə hazırlanmış, qızıl işləməli 16 səhifəlik dua kitabı olub.
Kitabın ən az 600 il əvvələ aid olduğu güman edilir. Kitabın videosu sosial şəbəkələrdə yayılıb və Türkiyədə müzakirələrə səbəb olub.
Kadrları təqdim edirik:
Bizim.Media