Əslində İranı onlar idarə edir - ADLAR

Fevralın 28-dən ABŞ və İsrailin İranda keçirdiyi hərbi əməliyyatlar sırasında bir sıra yüksək rütbəli və vəzifəli şəxslər həlak olsa da ölkənin hakimiyyət sistemi müharibə şəraitində fəaliyyətini və strateji qərarvermə qabiliyyətini qoruyub saxlayır.

Bizim.Media “reuters”ə istinadla xəbər verir ki, 1979-cu il inqilabından sonra formalaşan İran İslam Respublikası hakimiyyətin yalnız ayrı-ayrı şəxslərə deyil, bir-biri ilə əlaqəli və çoxpilləli institutlara söykəndiyi mürəkkəb idarəetmə sistemi qurub. Bu sistemin əsas dayağı isə teokratik quruluşun qorunmasına yönəlmiş ümumi bağlılıqdır.

Ali lider həqiqətən əsas fiqurdurmu?

İranın uzun illər Ali Lideri olmuş Ayətullah Əli Xamenei müharibənin ilk zərbələrindən birində həlak olub. 1989-cu ildən bu vəzifəni tutan Xamenei dövlət sistemində mütləq söz sahibi idi və bütün əsas qərarlar onun təsdiqi ilə qəbul edilirdi.
 

İranın rəsmi ideologiyası olan “vilayət-i fəqih” prinsipinə əsasən, ali lider şiə İslamının qeybə çəkilmiş 12-ci imamının yer üzündə nümayəndəsi hesab olunur və həm dini, həm də siyasi hakimiyyətə malikdir. Onun administrasiyası –“beyt” – dövlət aparatının müxtəlif sahələrinə nəzarət edərək birbaşa müdaxilə imkanına malikdir.


Yeni lider kimi Xameneinin oğlu Müctəba Xamenei bu vəzifəni və onun geniş səlahiyyətlərini miras alıb. Lakin o, atasının malik olduğu nüfuz və qeyd-şərtsiz itaət səviyyəsinə sahib deyil.

Bundan əlavə, onun İnqilab Keşikçiləri Korpusundan asılı vəziyyətdə ola biləcəyi ehtimal olunur.

Zərbələr zamanı yaralanan Müctəba Xamenei dövlət televiziyasında “müharibə qazisi” kimi təqdim edilib. Onun təyin olunmasından üç həftədən çox vaxt keçməsinə baxmayaraq, hələ də ictimaiyyət qarşısına çıxmaması və yalnız iki yazılı bəyanat yayması səhhəti ilə bağlı suallar doğurur.

İnqilab Keşikçiləri Korpusunun rolu nə dərəcədə mərkəzidir?

İnqilab Keşikçiləri Korpusu onilliklər ərzində təsirini artırıb və hazırkı müharibə şəraitində, xüsusilə də Xameneinin öldürülməsi və yeni liderin təyin olunmasından sonra strateji qərarların qəbulunda daha da mərkəzi rol oynamağa başlayıb.
 

Bu qurum rəhbərliyin məhv edilməsi riskinə qarşı əvvəlcədən hazırlaşıb və “mozaika” tipli təşkilati struktura malikdir. Hər bir komandanın əvəzləyicisi əvvəlcədən müəyyən edilib və bölmələr müstəqil şəkildə fəaliyyət göstərə bilir.


Son dövrlərdə bir çox yüksək rütbəli komandir öldürülsə də, onların yerinə təcrübəli şəxslər gətirilib və onlar mürəkkəb hərbi əməliyyatları idarə edə bilirlər. Bu davamlılıq Korpusun həm İran-İraq müharibəsində (1980–1988), həm də Yaxın Şərqdə müxtəlif münaqişələrdə topladığı təcrübədən qaynaqlanır.

Siyasi rəhbərliyin rolu nədir?

İranın siyasi sistemi dini rəhbərliklə seçkili prezident və parlament institutlarını birləşdirir. Bu qurumlar İnqilab Keşikçiləri ilə birlikdə ölkənin idarə olunmasında mühüm rol oynayır.
 

Xameneinin əsas müşaviri Əli Laricaninin öldürülməsi hakimiyyət üçün ciddi itki hesab olunur. Onun müxtəlif hakimiyyət mərkəzləri arasında əlaqə yaratmaq və beynəlxalq danışıqlar aparmaq bacarığı xüsusi əhəmiyyət daşıyırdı.


Hazırda təcrübəli siyasətçilər mövcud olsa da, onların bir qisminin daha sərt mövqeli olması ehtimal edilir.

Qalan əsas fiqurlar kimlərdir?

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Əhməd Vahidi. O, uzun illər bu qurumda təsirli fiqur olub, müdafiə naziri kimi çalışıb.

"Qüds" qüvvələrinin rəhbəri İsmayıl Qaani. Hazırda İ. Qaani regionda İranın müttəfiqləri ilə əlaqələri idarə edir.
 

Hərbi-dəniz qüvvələrinin komandiri Əlirza Təngsiri. Müharibə başlayanda Hörmüz boğazının bağlanmasında mühüm rol oynayıb. Parlament sədri Məhəmməd Baqir Qalibaf da ölkənin ən nüfuzlu siyasi fiqurlarından biri sayılır.


Məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei. Qulam Hüseyn İranda sərt xətt tərəfdarı kimi tanınır və radikallar arasında aprıcı fiqur hesab edilir.

Prezident Məsud Pezeşkian birbaşa seçilən ən yüksək vəzifəli şəxs olsa da, səlahiyyətləri məhduddur. Lakin yenə də ölkədə və regionda nüfuza sahib şəxs hesab olunur.

Radikal mövqeyi ilə seçilən keçmiş təhlükəsizlik rəsmisi Səid Cəlili.

Qəyyumlar Şurasının aparıcı üzvlərindən Ayətullah Əlirza Ərəfi.

Xarici işlər naziri Abbas Əraqçi. O, İran hakimiyyətində olan yeganə aparıcı şəxsdir ki, Qərb və digər böyük güclərlə danışıqlarda əsas rol oynayır. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

End of content

No more pages to load

RADİO