“Fars körfəzi regionuna yeni investisiyalar və neft qiymətlərinin sabitliyi yalnız İran ordusunun təhlükəsizlik zəmanətlərindən asılıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın xüsusi bəyanatında qeyd olunub ki, regionda sabitliyin İran Silahlı Qüvvələrinin gücü ilə təmin olunacağı aydınlaşmayınca nə yeni investisiyalar, nə də enerji daşıyıcıları və neft üzrə əvvəlki qiymət səviyyəsi mümkün olacaq.
“Sabitlik güc vasitəsilə təmin ediləcək”, – deyə bəyanatda vurğulanıb.
İran Ordusu həmçinin bildirib, mövcud vəziyyət əvvəlki qaydada bərpa olunmayacaq. Onların fikrincə, yalnız İran xalqına qarşı hər hansı addımlar barədə düşüncələr tamamilə aradan qalxdıqdan sonra yeni nizam formalaşa bilər.
Baş Qərargah həmçinin qeyd edib ki, rəqiblərin “strateji gücü strateji məğlubiyyətə çevrilib” və uğursuzluğun hər hansı razılaşma kimi təqdim edilməsi düzgün deyil.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media