İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi müharibənin dayandırılması üçün üç şərt açıqlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, M.Rzayi bu barədə İran Dövlət Televiziyasının Xəbər Şəbəkəsinə (IRINN) müsahibəsində danışıb.

M.Rzayi bildirib ki, müharibə dəymiş ziyan ödənilənə, bütün iqtisadi sanksiyalar aradan qaldırılana və ABŞ-ın İranın daxili işlərinə qarışmayacağına dair zəmanət alınana qədər davam edəcək:

“Bu, xalqımızın, rəhbərin və silahlı qüvvələrimizin qərarıdır. ABŞ 47 il ərzində İran iqtisadiyyatına zərbə vurub və onun inkişafına mane olub”.

O iddia edib ki, İranın düşmənləri ölkəni beş hissəyə bölmək istəyirlər.
 

“ABŞ neft ehtiyatları ilə birlikdə Buşehr, Xuzistan və İlamı (İranın əyalətləri – red.) Venesuela kimi mənimsəmək istəyir”, – deyə M.Rzayi qeyd edib.


Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi.

Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin “tam nizamlanması” barədə “çox yaxşı” danışıqlar aparıb.

Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.
 

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb.


Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

End of content

No more pages to load

RADİO