İranda kütləvi həbslər həyata keçirilib

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İranda hüquq mühafizə orqanları daxili sabitliyi pozmağa yönəlmiş onlayn fəaliyyətlə bağlı geniş-miqyaslı əməliyyat keçirib.

Bizim.Media “Təsnim” xəbər agentliyinə istinadən xəbər verir ki, əməliyyatın gedişində 466 nəfər şübhəli şəxs qismində saxlanılıb.
 

Məlumata görə, polis həmin şəxsləri “ictimai qorxu yaymaqda, cəmiyyətdə təşviş yaratmaqda, psixoloji təhlükəsizliyi sarsıtmaqda, düşməni təbliğ etməkdə və onlayn mühitdə təhlükəsizliyi pozan şəxsləri təhrik etməkdə və ya təşkil etməkdə” ittiham edir.


Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb.

Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
 

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.


1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb.

Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

End of content

No more pages to load

RADİO