Məhəmməd Baqer Zolqadr İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
Bizim.Media xarici KİV-ə istinadən bildirir ki, bu barədə prezident administrasiyasının kommunikasiya şöbəsinin müdiri Məhəmməd Mehdi Təbatəbai X sosial şəbəkədə məlumat verib.
Təbatabai aydınlıq gətirib ki, Zolqadrın namizədliyini İranın ali lideri Müctəba Xamenei təsdiqləyib.
İran prezidenti Məsud Pezeşkyanın fərmanı ilə o, Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Zalqadr qətlə yetirilən Əli Laricaninin yerinə keçib.
İsrailin müdafiə naziri İsrael Kats onun ölümünü martın 17-də elan edib. Bir gün sonra İran hakimiyyəti xəbəri təsdiqləyib. İranın dövlət xəbər agentlikləri olan Tasnim və Fars rəsmi mənbələrə istinadən Laricaninin "şəhid olduğunu" bildiriblər.
Ölənlər arasında onun oğlu Mortaza, Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əlirza Bayat və təhlükəsizlik işçiləri də olub.
Məhəmməd Baqer Zolqadr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istefada olan yüksək rütbəli hərbi komandiri və İranın Məsləhət Şurasının katibi idi.
Bizim.Media