Türkiyədə Ramazan bayramı tətilində yerli əhalinin ən çox səfər etdiyi yerlərdən biri də Qərbi Qara dəniz bölgəsində yerləşən Amasra qəsəbəsidir.
Bizim.Media DHA-ya istinadən xəbər verir ki, dəniz sahilində yerləşən və 6 min nəfər əhalisi olan qəsəbə eyniadlı tarixi qalaya da sahibdir.
Bildirilib ki, bayramda Amasrada 5 min yataqlıq hotellərin hamısı tam dolub.
Bununla yanaşı, dəniz yolu və gəmilərlə qəsəbəyə gələn turistlər də qəsəbədə izdihama səbəb olub.
Nəticədə bayram ərzində qəsəbə əhalisinin sayı 10 dəfəyədək artaraq 56 min nəfərə çatıb. (Qafqazinfo.az)



Bizim.Media