Rusiya Avropa ölkələrinə münasibətdə heç vaxt nalayiq ifadələr işlətməyib.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” informasiya xidmətinin müəllifi Pavel Zarubinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, insanı elə “cəhənnəmə göndərmək” olar ki, o, hər şeyi başa düşsün.
“Xeyr, bizdən heç kim heç vaxt heç kəsi söyüşlə yad etmir”, — Kremlin nümayəndəsi jurnalistin Rusiyanın Avropanı nalayiq sözlərlə “yola saldığı” barədə sualını cavablandırarkən deyib.
Bizim.Media