Rusiya prezidenti Vladimir Putin Rusiyanın guya Ukraynaya planlaşdırdığı işğal tarixləri ilə bağlı xəbərlərə yumorla cavab verir.
Bizim.Media TASS-a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, belə “söhbətlərə” zarafatla cavab verməmək mümkün deyil.
“Bəzən Putin zarafatla müharibənin başlayacağı saatların dəqiq vaxtının haradasa dərc edilib-edilmədiyini öyrənmək istəyir”, - Kremlin sözçüsü bildirib.
Bizim.Media