İrana ABŞ və İsrail tərəfindən edilən hava hücumları nəticəsində Türkiyə vətəndaşı öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqi özünün “X” hesabında bildirib.
“Müdafiəsiz şəkildə ABŞ və İsrail qüvvələri tərəfindən İran torpağında hədəfə alınaraq öldürülən türk sürücü Hüseyn Fıratın şəhid olması, aqressorların qəsdən günahsız insanları və mülki vətəndaşları hədəf seçdiyinin açıq sübutudur. Bu müqəddəs ayda Allahın rəhmətini bu hörmətli şəhid üzərinə diləyir və onun ailəsinə başsağlığı verirəm”, — deyə o yazıb.

Bizim.Media