İran Prezidenti Məsud Pezeşkian ölkənin kəşfiyyat naziri İsmayıl Xətibin öldürüldüyünü təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Pezeşkian “X” hesabında yazıb.
O, həmçinin ABŞ və İsrailin hücumları nəticəsində həlak olan Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Laricani, ölkənin müdafiə naziri Əziz Nasirzadə və digər ölənlərlə bağlı başsağlığı verib.
“İki nazir, Şuranın katibi, eləcə də hərbçilər və “Bəsic” komandirlərinin şəhid olması ilə əlaqədar İranın böyük xalqına başsağlığı verirəm. Əminəm ki, onların yolu əvvəlkindən daha möhkəm şəkildə davam etdiriləcək”, — deyə o, yazıb.
Bizim.Media