İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehrandakı Evin həbsxanasında saxlanılan dörd ABŞ vətəndaşı hazırda təhlükəsizlikdədir.
Bizim.Media xəbər verir ki, o, CBS telekanalına müsahibəsində deyib ki, vəziyyət yalnız İsrail və ya ABŞ həmin penitensiar müəssisəyə zərbə endirəcəyi halda dəyişə bilər.
“Əgər ABŞ və İsrail bizim həbsxanalarımıza hücum etməsələr, hesab edirəm ki, onlar təhlükəsizlikdədir”, — Ərakçi bildirib.
Bununla yanaşı, Evin həbsxanası daha əvvəl də hücuma məruz qalıb. Reuters-in məlumatına görə, 2025-ci ilin iyununda İsrailin Evin həbsxanasına zərbəsi nəticəsində azı 71 nəfər həlak olmuşdu, sonradan İran rəsmiləri bu rəqəmi 79-a yüksəltmişdilər.
Reuters bu ayın əvvəlində yazmışdı ki, Evin həbsxanasında ən azı altı ABŞ-İran ikili vətəndaşı və ya ABŞ-da daimi yaşamaq hüququ olan şəxs saxlanılır və onların təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.
Bizim.Media