Ermənistanın Gorus şəhərinin meri Aruş Aruşanyan sərbəst buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə vəkili İrina Yolyan Facebook səhifəsində yazıb.
Xatırladaq ki, Gorus şəhərinin meri Aruş Aruşanyan Syunik bölgəsi sakinlərini Baş nazir Nikol Paşinyanın gəlməməsi üçün İrəvan magistral yolunu bağlamağa çağırıb.
O, 21 dekabr gecəsi həbs olunub. Daha sonra İstintaq Komitəsi Sputnik Ermənistan-a bildirib ki, barələrində hansı maddələrlə başlanıldığını göstərmədən ona qarşı bir neçə cinayət işi açılıb. Aruşanyan İstintaq Komitəsinə aparılıb.
Babək Göyüş, Bizim.Media