İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

Ermənistan hakimiyyəti Qarabağdan könüllü köçən şəxslər üçün nəzərdə tutulan Rusiya humanitar yardımını qəbul etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə RIA Novosti İrəəvandakıı diplomatik mənbəyə istinadən məlumat yayıb. Lakin mənbə məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb.

Bu məsələni şərh edən Rusiya XİN-in sözçüsü Maria Zaxarova Ermənistanın qərarını tənqid edib. Onun sözlərinə görə, əgər bu yardıma artıq ehtiyac qalmayıbsa, İrəvanın qərarı başa düşülə bilərdi.

Zaxarova bildirib ki, Ermənistan tərəfi imtinanın səbəbi kimi ölkənin qanunvericiliyində seçki dövründə ianə və xeyriyyə yardımlarının qəbuluna məhdudiyyətlər qoyan normaların mövcud olduğunu göstərib.
 

O, əlavə edib ki, Moskva bu məsələ ilə bağlı İrəvandan izahat istəyib. Rusiya tərəfi iddia edir ki, Ermənistan rəsmiləri konkret olaraq hansı hüquqi aktlardan söhbət getdiyini izah etməkdə çətinlik çəkiblər.


Bununla yanaşı, bəzi ekspertlər və müşahidəçilər mövcud şəraitdə Rusiyanın Qarabağdan könüllü şəkildə köçən ermənilərə humanitar yardım göstərmək təşəbbüsünün motivlərini də sual altına alırlar.

Onların fikrincə, Moskva hazırda Ukraynada davam edən müharibədə iştirak edir və bu müharibə nəticəsində həm ukraynalı mülki şəxslər, həm də hərbçilər həyatını itirir, şəhərlər və infrastruktur ciddi zərər görür.

Bu kontekstdə bəzi tənqidçilər hesab edir ki, Rusiya humanitar resurslarını ilk növbədə müharibənin təsirlərindən əziyyət çəkən öz vətəndaşlarına və münaqişədən zərər görən bölgələrə yönəltməlidir.
 

Digər tərəfdən, bəzi analitiklər Rusiyanın bu addımının siyasi motivlər daşıya biləcəyini də istisna etmirlər. Onların fikrincə, Moskva Qarabağdan könüllü köçmüş ermənilərin statusundan istifadə edərək məsələni yenidən beynəlxalq gündəmə çıxarmağa və bununla da regionda əlavə siyasi təzyiq aləti formalaşdırmağa çalışa bilər.


Üstəlik, Rusiyanın bu addımını Qarabağdan köçən ermənilərin seçki dövründə Kremlyönümlü müxalifətə səs verməsi üçün şirnikləndirmə metodu kimi də qiymətləndirmək olar.

Bu baxımdan ehtimal olunur ki, humanitar yardım təşəbbüsü həm də informasiya və diplomatik müstəvidə istifadə oluna biləcək bir vasitə kimi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistraturaya qəbul üzrə ölkə birincisi MƏLUM OLDU

Magistraturaya qəbul üzrə ölkə birincisi MƏLUM OLDU

Laricanidən Trampın təhdidinə REAKSİYA

Laricanidən Trampın təhdidinə REAKSİYA

Dövlət Vergi Xidmətinin Baş İdarəsinə yeni rəis və müavin TƏYİN EDİLDİ

Dövlət Vergi Xidmətinin Baş İdarəsinə yeni rəis və müavin TƏYİN EDİLDİ

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

"Mançester Siti"nin futbolçusu La Liqaya KEÇƏ BİLƏR

"Mançester Siti"nin futbolçusu La Liqaya KEÇƏ BİLƏR

“Yaxın Şərqdəki müharibə Putinin mövqelərini gücləndirəcək” - Ukrayna Milli Bankının sədri

“Yaxın Şərqdəki müharibə Putinin mövqelərini gücləndirəcək” - Ukrayna Milli Bankının sədri

Yaxın Şərqdə GİZLİ SSENARİ – Ərəblər İranın hücumlarına niyə CAVAB VERMİR?

Yaxın Şərqdə GİZLİ SSENARİ – Ərəblər İranın hücumlarına niyə CAVAB VERMİR?

Üç bürcə XƏBƏRDARLIQ: 13-cü cümə günü "sürpriz" olacaq

Üç bürcə XƏBƏRDARLIQ: 13-cü cümə günü "sürpriz" olacaq

Rumıniya və Ukrayna birgə dron istehsal edəcək

Rumıniya və Ukrayna birgə dron istehsal edəcək

Qusarın Bədişqala kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Bədişqala kəndinin problemləri dinlənildi - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Paytaxt yollarında tıxac var

Sürücülərin NƏZƏRİNƏ: Paytaxt yollarında tıxac var

Şarl Mişel: “Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib”

Şarl Mişel: “Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib”

Uşaqlara sosial şəbəkələrdən istifadə MƏHDUDİYYƏTİ – Neçə yaşdan tətbiq oluna bilər? – Bəhruz Əliyevlə MÜSAHİBƏ

Uşaqlara sosial şəbəkələrdən istifadə MƏHDUDİYYƏTİ – Neçə yaşdan tətbiq oluna bilər? – Bəhruz Əliyevlə MÜSAHİBƏ

“Şəfa” klubunda YENİ TƏYİNAT

“Şəfa” klubunda YENİ TƏYİNAT

Sabiq Prezident: Hər şey güclə həll ediləcəksə, bu, tənəzzüllə nəticələnəcək

Sabiq Prezident: Hər şey güclə həll ediləcəksə, bu, tənəzzüllə nəticələnəcək

Ötən il nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub – RƏSMİ

Ötən il nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub – RƏSMİ

Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

İranın yeni liderindən qonşu ölkələrə XƏBƏRDARLIQ

İranın yeni liderindən qonşu ölkələrə XƏBƏRDARLIQ

7 gün 30 növ tərəvəz yeyin – XEYRİNİ GÖRƏCƏKSİNİZ

7 gün 30 növ tərəvəz yeyin – XEYRİNİ GÖRƏCƏKSİNİZ

Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var” – FOTO

Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var” – FOTO

Müctəba Xameneidən xalqa İLK MÜRACİƏT

Müctəba Xameneidən xalqa İLK MÜRACİƏT

İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

İrəvan Moskvanın hiyləgər planına “yox” DEDİ – DETALLAR

“Sovxoz Ramana”da gölü qurudanlar HƏBS OLUNDU - VİDEO

“Sovxoz Ramana”da gölü qurudanlar HƏBS OLUNDU - VİDEO

Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA

Həcc ziyarətinə hazırlaşanların NƏZƏRİNƏ – QMİ-dən mühüm AÇIQLAMA

End of content

No more pages to load

RADİO