“İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin vəziyyəti qənaətbəxş hesab olunur”,
Bizim.Media xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
"O, hazırda özünü yaxşı hiss edir və fəaliyyətini davam etdirir. İran rəhbərliyi vəziyyəti nəzarət altında saxlayır və ölkənin siyasi rəhbərliyində heç bir boşluq yoxdur", - Bəqai qeyd edib.
Xatırladaq ki, bir sıra Qərb nəşrlərində Müctəba Xameneinin müharibənin ilk günündə yaralandığı və komada olduğu ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media