Naməlum pilotsuz uçuş aparatı (PUA) Bağdad hava limanında yerləşən ABŞ səfirliyinin dəstək mərkəzinə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press”ə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.
Rəsminin sözlərinə görə, hücum “İranda dəstəklənən və İraqda fəaliyyət göstərən terror qrupları” tərəfindən həyata keçirilib. Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, İraqın paytaxtındakı ABŞ səfirliyinin əsas binası zərər görməyib.
Bizim.Media