“Türkiyə qumar oynanılacaq bir ölkə deyil!”
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısındakı çıxışında deyib.
Bölgədə artan gərginliyə diqqət çəkən Baxçalı İrandan atılan raketlərə sərt şəkildə reaksiya verib:
“Bütün dünya bilməlidir ki, biz nə öz hava məkanımızda, nə də Azərbaycanın hava məkanında səhv istiqamətləndirilmiş raket, pilotsuz uçuş aparatını bir daha görmək, eşitmək və buna şahid olmaq istəmirik”.
Bizim.Media